YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bakıda küçədə 50 yaşlı kişi qətlə yetirildi

Bakıda küçədə 50 yaşlı kişi qətlə yetirildi

Kriminal

29 Sentyabr 2022 11:01 652


Bakıda küçədə 50 yaşlı Valeh Qədəşov qətlə yetirilib.

Yenisabaha.az Report-a istinadla xəbər verir ki, Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, sentyabrın 29-u saat 03 radələrində rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!