Bakıda mənzildən kişi meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzildən kişi meyiti tapıldı

Hadisə

26 Oktyabr 2021 09:38 632


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səfərov Eldar Sərxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!