Bakıda məşhur market yandı –   Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur market yandı – Yaralılar var

Kriminal

18 May 2019 19:00 4904


Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib. 

Hadisə nəticəsində zərərçəkənlər var. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib: 

“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi toksikologiya şöbəsinə, daha bir qadın isə qıcolma ilə 26 BŞX-ya yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”.  Pepperoni pizza

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!