Bakıda motosiklet qaçırdılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda motosiklet qaçırdılar

Kriminal

16 Sentyabr 2025 17:07 352


Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.

Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Marqarita pizza

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!