Bakıda müəmmalı kütləvi ölümlərin təfərrüatı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda müəmmalı kütləvi ölümlərin təfərrüatı - VİDEO

Sosial

25 Fevral 2025 08:37 415


Sabunçu rayonunda 15 nəfərin etil spirtindən zəhərlənərək ölməsinin təfərrüatı məlum olub.

 “Yeni Sabah” Report-a istinadən xəbər verir ki, ölən şəxslər arasında qadınlar da var.

 Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib. Pepperoni pizza

 Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda ibtidai istintaq davam etdirilir.

 Daha ətraflı videomaterialı təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!