Bakıda narkotacir 5 kiloqram heroinlə tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotacir 5 kiloqram heroinlə tutuldu - Video

Kriminal

17 Mart 2022 16:23 577


Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkarlanıb. Pepperoni pizza

Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!