Bakıda narkotik satan qardaşlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotik satan qardaşlar tutuldu

Kriminal

14 Avqust 2025 13:06 266


Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Pepperoni pizza

Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!