Bakıda narkotik satan və qanunsuz silah saxlayan 23 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotik satan və qanunsuz silah saxlayan 23 nəfər tutuldu

Kriminal

08 Sentyabr 2022 15:48 1078


Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumən 23 nəfər saxlanılıb.

Saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. pizza hut

Həmçinin, Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!