Bakıda narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotik satışı ilə məşğul olan şəxslər tutuldu

Kriminal

02 Dekabr 2021 17:08 977


Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov tutularaq istintaqa təqdim edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb. Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslərin ətraflarında Səbail Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!