Bakıda narkotiki su sayğacında gizlədən şəxs tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkotiki su sayğacında gizlədən şəxs tutuldu - Video

Kriminal

24 Fevral 2022 10:59 391


Bakının Nizami rayonunda narkotik vasitələri satmaq məqsədi ilə su sayğacında gizlədən şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram narkotik vasitə olan marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının işərisində gizlətdiyi əlavə olaraq 60 qram narkotik vasitə də aşkar olunaraq götürülüb. Pepperoni pizza

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindənm narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!