Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi

Hadisə

22 Oktyabr 2021 19:35 707


Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanındakı yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edərək köməklik göstərilməsini xahiş ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

İlk zəngdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Vətəndaşların ayıq-sayıqlığı, xilasedicilərin çevik və peşəkar müdaxiləsi sayəsində azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. pizza sifarişi

Fövqəladə Hallar Nazirliyi qeyd olunan hadisədə ayıq-sayıq davranaraq "112" qaynar telefon xəttinə zəng edən vətəndaşlara təşəkkür edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!