Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb. Pepperoni pizza
Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.
Telegram kanalımız