Bakıda oğurladığı avtomobili satan şəxs tutuldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda oğurladığı avtomobili satan şəxs tutuldu - Video

Kriminal

03 Oktyabr 2022 18:51 1045


Xətai rayon sakini olan bir nəfərin VAZ-2107 markalı avtomobili naməlum şəxs tərəfindən qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edən kimi avtomobilin axtarışlarına başlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zəki İsmayılov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində qaçırdığı avtomobili satdığını bildirib. Oğurluq avtomobil polis əməkdaşları tərəfindən tapılaraq sahibinə qaytarılıb.

Faktla bağlı Zəki İsmayılov barəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza hut

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, Xətai Rayon Polis İdarəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!