Bakıda polis yüksək sürətlə idarə etdiyi avtomobillə qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis yüksək sürətlə idarə etdiyi avtomobillə qəzaya düşdü

Hadisə

02 Oktyabr 2021 09:58 1058


Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Süleymanov İbrahim Nizami oğlu idarə etdiyi "Mercedes” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman çörək sexinə məxsus yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. İçərisində olan sürücü İ.Süleymanov və sərnişin, təxminən 25-30 yaşlı qadın ağır xəsarətlər alıb. Sürücü komaya düşərək özəl xəstəxanaların birinə yerləşdirilib. Yaralı sərnişin isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtoekspertiza təyin edilib. Sezar pizza

Qeyd edək ki, sürücü İ.Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin serjantı kimi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!