Bakıda qadın 18 nəfərə qarşı dələduzluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadın 18 nəfərə qarşı dələduzluq etdi

Kriminal

26 Fevral 2022 22:49 603


Bakının Sabunçu rayonunda dələduzluq faktı barədə polisə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, özünü paytaxtda fəaliyyət göstərən travel şirkətlərindən birininin nümayəndəsi kimi təqdim edən Təhminə Əlizadə Elşən Bədəlova ailəsi ilə birlikdə Türkiyəyə istirahət üçün tur paketi satacağı barədə yalan vəd verib, ondan 1 433 manat pul alıb.

Təhminə Əlizadə eyni epizodlar üzrə paytaxt sakini Elnarə Kərimovadan 3 026 manat, Yeganə Nəsirovadan 1 935 manat və Anar Rəhimovdan isə 3 163 manat alıb. Marqarita pizza

Daha sonra həmin şəxslər polisə müraciət ediblər.

Araşdırma zamanı Təhminə Əlizadənin 18 vətəndaşa qarşı 32 462 manatlıq dələduzluq etdiyi məlum olub.

Təhminə Əlizadə Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və zərəçəkmişlərə dəymiş ziyan ödətdirilib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!