Bakıda qadının boyunbağısını dartıb qaçan tutuldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qadının boyunbağısını dartıb qaçan tutuldu - VİDEO

Kriminal

09 Sentyabr 2022 17:47 1080


Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən Azadlıq prospektində yerləşən marketlərdən birinin yaxınlığından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 700 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib. Dördpendirli pizza

O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını deyib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!