Mayın 28-də saat 14 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Təvəkkül Yusubov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurduğundan idarəetməni itirib avtomobili əks istiqamətdə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilə çırpıb.
Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a bildirilib ki, hadisə nəticəsində sürücü və sərnişini olan oğlu Nizami hadisə yerində ölüblər..
Telegram kanalımız