Bakıda qonşular arasında bıçaqlı dava

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qonşular arasında bıçaqlı dava

Kriminal

24 Sentyabr 2022 09:39 969


Bakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.

Yenisabah.az APA-ya istinadlaxəbər verir ki, dava hər iki qonşunun avtomobil park etməsi üstündə olub.

Qobustan qəsəbəsində yaşayan 1990-ci il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır. Dördpendirli pizza

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!