Bakıda restorandan DƏHŞƏTƏ gətirən GÖRÜNTÜLƏR -   Müştərilərə köhnə yeməklər verilirmiş

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restorandan DƏHŞƏTƏ gətirən GÖRÜNTÜLƏR - Müştərilərə köhnə yeməklər verilirmiş

Sosial

17 Mart 2025 12:11 712


Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Vəli oğlu Əliyevə məxsus "Sarı Qaya" ictimai iaşə obyektində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. pizza mizza

Həmçinin, baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BU AZƏRBAYCAN REALLIĞIDIR. DƏRƏBƏYLİK. ŞƏRAİTİNDƏ VİCDANINI. PULA SATANLARIN,,ALLAHDAN QORXUSU YOXDUR. NƏZARƏT ZƏİFDİR, YOXLAMALAR QANUNA. UYĞUN APARILMIR.
    1 year ago