Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundular   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundular - VİDEO

Hadisə

26 Noyabr 2025 09:56 1769


Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Sezar pizza

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

İstintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fərhad
    Bu şərəfsiz kafirlərin rənglərində kafir erməni terrorçu nijdenində şəkli var.Bunlara ömürlük həbs vermək lazımdır.
    6 months ago