Bakıda tanınmış tamada bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tanınmış tamada bıçaqlandı

Kriminal

02 İyul 2022 08:30 1286


Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən "Altun" şadlıq sarayında qeydə alınıb.

Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb. pizza

Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

O, bel nahiyəsindən bıçaqlanıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində yaralanan atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!