Bakıda təcili yardım avtomobili qatarla toqquşdu - Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təcili yardım avtomobili qatarla toqquşdu - Yaralılar var

Hadisə

05 Yanvar 2020 07:10 1149


Bakının Xəzər rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Qala yolu kimi tanınan ərazidə baş verib.

Xəzər rayonu 10 saylı Təcili Yardım Stansiyasına məxsus Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti avtomobili qorunmayan dəmiryol keçidindən keçib. Bu zaman yük qatarı avtomobili vurub. Təcili yardım briqadasının üzvləri ağır xəsarət alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə 3 saylı xəstəxanaya aparılıblar. pizza mizza

Yaralılar - həkim, 1984-cü il təvəllüdlü Süleymanova Zərifə Şahin qızı, tibb işçisi, 1972-ci il təvəllüdlü Nəsibov Bayram Kamal oğlu və sürücü, 1957-ci il təvəllüdlü Kərimov Mais Mustafa oğlu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Sürücü M.Kərimovun ayağı amputasiya olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!