Bakıda təhlükə – Sürücülərə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda təhlükə – Sürücülərə xəbərdarlıq edildi

Sosial

29 Mart 2026 18:21 595


Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. 

“Yeni Sabah” xəbər verir ki, BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Qeyd olunub ki, görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır: Dominos pizza

“Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, belə hava şəraitində hərəkət zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinlər. Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və duman işıqlarının yandırılması vacibdir.

Piyadalara da tövsiyə olunur ki, yolu keçərkən diqqətli olsunlar, sürücülərin onları vaxtında görə bilməyəcəyini nəzərə alaraq qəfil hərəkətlərdən çəkinlər.

Dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyi hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətli və ehtiyatlı olmağı tövsiyə edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!