Bakıda və Sumqayıtda elektrik dirəklərini oğurlayanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və Sumqayıtda elektrik dirəklərini oğurlayanlar tutuldu

Kriminal

06 Oktyabr 2022 14:01 1116


Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektik enerjisi ilə təmin edən strateji əhəmiyyətli hava xətlərinin metal hissələrini oğurlayan şəxslər saxlanılıblar.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, onlar paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyublar.

Hadisə ilə bağlı oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılıb. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Sezar pizza

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!