Bakıda “Volkswagen” və “Porsche” toqquşdu, yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Volkswagen” və “Porsche” toqquşdu, yanğın baş verdi

Hadisə

12 Dekabr 2025 09:56 448


Paytaxtın Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat qəzası zamanı yanğın yaranıb.

"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələyib.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib. Toyuqlu pizza

“Porsche” markalı avtomobilin sahibi bildirib ki, içkili olduğu üçün avtomobili ayıq sürücüyə həvalə edib. Lakin ayıq sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi və əks istiqamətə çıxaraq hərəkət etdiyi bildirilir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!