Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqladı

Kriminal

18 Oktyabr 2022 01:43 1438


Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Yenisabah.az xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb. pizza mizza

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp”ın hekayə bölməsində paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!