Paytaxtın Mir Cəlal küçəsində (Nəsimi rayonu) yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. pizza
Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Aidiyyəti qurumlar araşdırma aparır.
Telegram kanalımız