Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edildi

Kriminal

05 Aprel 2022 19:15 485


Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.

Yenisabah.az xəbər verir ki, Nizami rayon Məhkəməsində A.K (ad, soyad şərtidir) barəsində istintaq orqanının təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza

Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!