Bakıda 19 yaşlı oğlan tanışını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 19 yaşlı oğlan tanışını öldürdü

Kriminal

31 Avqust 2022 15:34 970


Avqustun 31-i saat 4 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Nərimanov rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pepperoni pizza

Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!