Bakıdakı insidentlə bağlı DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı insidentlə bağlı DİN-dən açıqlama

Kriminal

05 Sentyabr 2025 17:03 11379


Bakıda küçə yol qəzasından sonra baş verən insidentlə bağlı araşdırma aparılır.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, sentyabrın 4-də paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla "Toyota" markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub. Sezar pizza

Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!