Bakıdan gedib  Qusarda avtomobil qaçırdı - 9 800 manat oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan gedib Qusarda avtomobil qaçırdı - 9 800 manat oğurladı

Kriminal

24 İyun 2022 11:37 1244


Qusar rayonunda avtomobil qaçırılıb, içərisindən 9 800 manat oğurlanıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verib.

Belə ki, Qusar Rayon Polis Şöbəsinə iyunun 21-də Samur qəsəbəsi ərazisindən qəsəbə sakini O.Kəmərbəndinin “Opel” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 22-də Qırmızı Qəsəbə ərazisində tapılıb. Avtomobildən 318 000 rubl (9 800 manat) pulun oğurlanması müəyyən edilib. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda və içərisində olan pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Rəhimov müəyyən edilərək saxlanılıb. pizza hut

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!