Sosial şəbəkələrdə yayılan foto insanlarda çaşqınlığa səbəb olur. Görüntüdə sərnişin qatarının Bakıdan Tbilisiyə hərəkəti əks olunub.
Bir çox izləyici bunu Bakı və Tbilisi arasında sərnişin reyslərinin açılması kimi qiymətləndirib.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib ki, sözügedən nəqliyyat vasitəsi əslində, sərnişin yox, diaqnostika qatarıdır: Pepperoni pizza
“Bu qatarlar mütəmadi olaraq reyslərin diaqnostikasını aparır. Onun həcmi kiçikdir və üzərində də qeyd olunub ki, infrastruktur diaqnostika kompleksidir”.
Xatırladaq ki, daha öncə Bakı-Tbilisi-Bakı qatarının yenidən fəaliyyətə başlayacağı ilə bağlı Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında müzakirə aparılıb. Buna əsasən aprel ayından etibarən sərnişindaşımanın bərpa olunacağına dair şayiələr yaranıb. Halbuki Azərbaycanda elan edilən karantin rejiminə əsasən, quru sərhədlər bağlıdır.
Nazim Hacıyev
Telegram kanalımız