Rusiyanın məşhur kinorejissoru Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.
Yenisabah.az xəbər verir ki, Menşov bir sıra populyar sovet filmlərin, o cümlədən «Oskar» mükafatı almış «Moskva göz yaşlarına inanmır»ın quruluşçu rejissorudur.
Mərhum paytaxtın Novodeviçı qəbiristanlığında dəfn ediləcək. pizza mizza
Rusiya prezidenti Vladimir Putin başda olmaqla, siyasət və mədəniyyət xadimlərinin bir çoxu Menşovlar ailəsinə başsağlığı verib.
Vladimir Menşov 17 sentyabr 1939-cu ildə Bakıda anadan olub.
«Mən Bakıda anadan olmuşam, 1961-ci ildə buradan bir daha Moskvanı fəth etməyə getmişəm. Hətta Moskvaya gedərkən Bakı vağzalında çəkilmiş bir fotoşəkilim var. Dördüncü cəhddən sonra Moskva İncəsənət Teatr Məktəbinə daxil oldum.
Bakı hər zaman keçmiş SSRİ respublikalarının bütün paytaxtlarından fərqli, hər zaman çox gözəl bir şəhər olmuşdur. İndi onu Yaxın Şərqin Parisi şöhrətinə sahib olan Beyrutla müqayisə edərdim. Bakı mənim üçün çox əziz, yaxın və hörmətli bir şəhər idi və qalır!» — deyə müsahibələrinin birində mərhum rejissor bildirmişdi.
Telegram kanalımız