Bakı metrosunda nə baş verir? - Bu gün səhər saatlarında...   - AÇIQLAMA + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda nə baş verir? - Bu gün səhər saatlarında... - AÇIQLAMA + VİDEO

Sosial

07 Mart 2025 18:09 42237


Bu gün səhər saatlarında İnşaatçılar metrostansiyasında qeyri-adi vəziyyət yaranıb. İşə və dərsə tələsən sərnişinlər hər gün olduğu kimi metroya üz tutsa da, bu dəfə onları gözlənilməz bir mənzərə qarşılayıb – qatarların intervalı normadan uzun olub və platformada sıxlıq yaranıb.

Redaksiyamıza daxil olan oxucu şikayətinə və video görüntülərə əsasən, qatarlar arasında gözləmə müddəti 6 dəqiqəni keçib. Bu da pik saatlarda daha çox insanın toplaşmasına, hərəkət məhdudiyyətinə və sərnişinlərin narahatlığına səbəb olub. Platformada yaranan basabas səbəbindən bəzi insanlar qatara minə bilməyib, nəticədə növbəti qatarı gözləməli olublar. Sərnişinlər gecikdiklərini və metroda daha operativ iş rejiminə ehtiyac duyulduğunu bildiriblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni"nin sözçüsü Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, qatarların intervalının uzanması texniki nasazlıqla bağlı deyil, sərnişin sıxlığı nəticəsində yaranan gecikmədir: pizza mizza

"Sərnişin sıxlığı ilə bağlı yubanma qeydə alınıb. Xətlərdə hərəkət edən qatarlarda bu ana qədər nasazlıq yoxdur. Həmçinin işçi personalının qatarların hərəkətinə təsir edə biləcək nöqsanı olmayıb".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arzu
    Mən hərgün Sumqayıtdan Bakıya Universitetə gəlirəm. Avtovağzal stansiyasında qatar 8, bəzən 10n dəqiqədən bir gəlir. İnsan çoxluğundan növbəti qatarı gözləyəndə çox vaxt gedir. Buna görə dərsə gecikdiyim vaxtlar olub. Ümid edirik Qatarların gecikməsi ilə bağlı məsələyə tədbir görülsün.
    1 year ago
  • Aybəniz
    Metro cox biyabırcılıq vəziyyətdədi..cas pik vaxtı ümumiyyətlə peşman olursan metroya girməyinə.28 may stansiyası dəhşətdi.
    1 year ago
  • Natiq
    6 dəqiqə nedirki axşam saatlarında 10 12 dəqiqə intervalla işləyir metro 1p dəqiqə tamam olandan sonra interval göstəricisi avtomatik sönür .
    1 year ago
  • Elvin
    İnanın tam səmimiyyətlə deyirəm bizdə metro çox bərbaddır Cənab prizident İlham Əliyev baxış keçirtdiyi zaman yalnız yeni vaqonlar təhciz olunur kohne qatarlar həddinən artig çoxdur yeni qatarlarda havalandirilma bəzən işləkdir bəzən yox çox sıxlıq var digər ölkələrdədə qatar var bəs olar niyə bu halda deyil bu sıxlıq olmur metro palitenler bele vətəndaşlarla çox sərt danışırlar düşməmiş kimi adam söz soruşa bilmir xaiş edirik bu meseleye ciddi baxılsın Təbii ki Bəxtiyar Məmmədov öz işinə yarıyanlari danisacag sizdə bir cəmiyətin fikrinə baxın
    1 year ago
  • Elman
    Metroya nə vaxt minirsən sıxlıqdır. Çünkü bunun günahkarı metro işçiləridir. Qatarlaların sayı azdır bu bir. Metroda sıxlığın qarşısını almaq istəyirsənsə metrolarda arasında olan intervalı 2 dəqiqə etsinlər. Bir də ki metroların sayını artırmaq lazımdır. Bax onda bu qədər sıxlıq da olmaz.
    1 year ago
  • Xatirə
    Sadəcə həmin gün deyil ki, hər gûn metroda eyni sıxlıq, basabas, qatarlara minmək üçün böyük mübarizə aparmalı olursan ki, o da çox gərgin və stresli olur. Bunun üçün də gərək 5-6 qatar ötürəsən ki, qapıya yaxınlaşa biləsən.
    1 year ago
  • Haller
    ...her sey qanunauygundur...
    1 year ago
  • Nisə
    Hər gün işə qatarla gedib gələn biri olaraq çox əziyyət çəkirəm.əgər qatara çata bilmədimsə digərin 5 dəqiqəyə yaxın gözləyirəm səhər saatlarında.Qatara minəndən sonrada ayağın birinə yer tapırsan birinə yer tapmırsan. Günortalar ,günortadan sonra umumiyyətlə yer olmur.Xausdu. Yerüstü nəqliyatda 'avtobuz zolağı çəkdilərki avtobuslar operativ işləyəcək guya. AMMA DƏYİŞİKLİK YOXDU.Taksiləri sıxışdırdılarki millət marşrut ,metroya yönəlsin. Nə marşrut bir işə yaramır, nə metro.Cərmələri artırıb pul yığırlar, insanlarda ortada əziyyət çəkir.
    1 year ago
  • Vahid
    And ola allaha metro biyabirci vexiyyetdedi. Uje intervali 10 deq eliyibler. Burda intiqam kimdise bilmirem yazibki 20 saniyeden bir qatar gelir. Yegin yuxu gorur intiqam????????????????
    1 year ago
  • Intiqam
    İllərdir metrodan istifadə edən tək mən deyiləm. Ve bu illər ərzində heç bir defede olsun metroda bu qədər gecikme olmayıb. Hər gün Meşedi Əzizbəyov MS Dan metroya daxil oluram. Yeni sizi inandırım qatarlar hər 20 saniyədən belkede daha tez biri birini əvəz edir. Heç bir sıxlıqda müşahidə olunmur. Çox rahat qatara daxil oluruq .HETDA bezen mən və mənim kimi onlarla belkede yüzlərlə insan qatarların nəqədər gözəl və ne qeder sürətlə hərəkət etdiyini qatara daxil olmayaraq müşahidə edirik. Belkede saatlarla.. elbetde ki bu bir xəyaldır. Ve bu xəyalların. Gerçək olmaqini çox istərdik. Tezdən işə ve derse geciken tələbələr rahatlıqla qatara daxil ola bilsin vaxdinda ünvana çata bilsin ve saatlarla çox ama çox sıxlıq olan qatarların hərəkətini müşahidə etməyə məcbur qalmasın.
    1 year ago
  • Intiqam
    İllərdir metrodan istifadə edən tək mən deyiləm. Ve bu illər ərzində heç bir defede olsun metroda bu qədər gecikme olmayıb. Hər gün Meşedi Əzizbəyov MS Dan metroya daxil oluram. Yeni sizi inandırım qatarlar hər 20 saniyədən belkede daha tez biri birini əvəz edir. Heç bir sıxlıqda müşahidə olunmur. Çox rahat qatara daxil oluruq .HETDA bezen mən və mənim kimi onlarla belkede yüzlərlə insan qatarların nəqədər gözəl və ne qeder sürətlə hərəkət etdiyini qatara daxil olmayaraq müşahidə edirik. Belkede saatlarla.. elbetde ki bu bir xəyaldır. Ve bu xəyalların. Gerçək olmaqini çox istərdik. Tezdən işə ve derse geciken tələbələr rahatlıqla qatara daxil ola bilsin vaxdinda ünvana çata bilsin ve saatlarla çox ama çox sıxlıq olan qatarların hərəkətini müşahidə etməyə məcbur qalmasın.
    1 year ago
  • bilal
    httpmemmedov yalan danisir.saat 8 30 da nesimide qatar 8 deqiqe gecikmisdir.. bu ne demekdir. hokumet varmi olkede.
    1 year ago