Bakının bu ərazisində yaşayanların   NƏZƏRİNƏ - Sabah saat 10:00-dan...

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisində yaşayanların NƏZƏRİNƏ - Sabah saat 10:00-dan...

Sosial

13 Mart 2025 19:41 557


Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Z.Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza mizza

Qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!