Bakının bu hissəsində xaos yaradan kimdir? – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu hissəsində xaos yaradan kimdir? – Video

Hadisə

10 İyul 2023 17:02 1408


Bakının Həsən Əliyev küçəsinin Avrasiya Hospitalı yerləşən ərazisində park edilən avtomobillər sözün əsl mənasında xaos yaradır. 

Bu haqda “Yeni Sabah”a hospital əməkdaşları məlumat verib. Onlar bildirirlər ki, ərazidə avtomobillərin park olunması haqda qadağanedici yol nişanlarının olmasına baxmayaraq hər gün qarmaqarışıq haqda parklanma həyata keçirilir. Bu isə nəinki ərazidə yaşayan sakinlərin, eyni zamanda Hospitalın normal fəaliyyətinə, təcili yardım maşınlarının hərəkətinə ciddi problemlər yaradır. Şikayətçilər bu ərazinin Dövlət Yol Polisinin əməkdaşlarının nəzarətindən tam olaraq kənarda olduğunu bildirirlər:

“Dəfələrlə aidiyyatı qurumlara, 902 xidmətinə müraciət etmişik. Heç bir tədbir görülmür. Faktiki olaraq özbaşınalıq olan bir ərazidir. Təqdim etdiyimiz videolara baxsanız, bu, açıq-aydın görünər”. Toyuqlu pizza

Həmin videoları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!