Bakının bu qəsəbəsi suyun altında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu qəsəbəsi suyun altında qaldı

Hadisə

08 Aprel 2023 07:57 982


Xəzər rayonu, Binə qəsəbəsində "Bakavtomat" deyilən ərazini qrunt suları basıb.

“Yeni Sabah” "Xəzər Xəbər"ə istinadən məlumatına görə, ərazidə kanalizasiya xətləri olmadığından qrunt suları məhəlləyə axır.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, qrunt sularının axıdılması və kənarlaşdırılması bu qurumun funksiyalarına aid deyil: pizza sifarişi

"Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Fərdi yaşayış evlərində formalaşan tullantı suları əhali tərəfindən kustar üsulla yaradılmış qurğulara axıdılır. Bakı şəhəri və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması layihələri çərçivəsində gələcəkdə Binə qəsəbəsində tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur".

Qeyd edək ki, ərazidə yaşayan sakinlər həmin torpaqları bələdiyyə sənədi əsasında aldıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!