Bakının əsas küçələrdən birində hərəkət  məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının əsas küçələrdən birində hərəkət məhdudlaşdırılacaq

Sosial

14 Mart 2025 13:06 176


Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, akademik Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq, 17 mart saat 6:00-dan etibarən akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. pizza hut

Məlumata görə, sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!