Bakının hansı rayonunda koronavirusa yoluxma daha çoxdur? - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Bakının hansı rayonunda koronavirusa yoluxma daha çoxdur? - Statistika

Sağlamlıq

24 Aprel 2020 20:58 1296


Bakıda, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

TƏBİB sədrinin məlumatına görə, paytaxtın rayonları üzrə ən yüksək göstərici 22,65 faizlə Yasamalda qeydə alınıb: Pepperoni pizza

“Sabunçu rayonunda 12,2 faiz, Nərimanov rayonunda 6,27 faiz, Xətai rayonunda 5,81 faiz, Abşeron rayonunda 5,69 faiz, Nizami və Suraxanı rayonlarında 5,11 faiz, Binəqədi rayonunda 11,27 faiz, Nəsimi rayonunda 11,15 faiz, Xəzər rayonunda 4,53 faiz, Sumqayıtda 3,72 faizdir”.

Ramin Bayramlı daha aşağı yoluxma hallarının qeydə alındığı rayonlar barədə də məlumat verib:

Sədr bildirib ki, Qaradağ rayonunda 3,02 faiz, Səbail rayonunda 2,26 faiz, Pirallahı rayonunda isə 0,93 faiz yoluxma olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!