Bakının səbri daşdı: Bayramov İrəvana barmaq silkələdi

saytların hazırlanması

Evə çatdırılma

Bakının səbri daşdı: Bayramov İrəvana barmaq silkələdi

Siyasət

22 İyul 2024 09:31 7911


Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Baku Tv"yə iyulun 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcəri atəşə tutmasını şərh edərkən deyib. 

"Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir", - nazir söyləyib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!