Bakıda evdə partlayış olub.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayışla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
TƏBİB-in məlumatına görə, həmin çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. pizza sifarişi
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Telegram kanalımız