Bakıya güclü yağış yağır

saytların hazırlanması

Evə çatdırılma

Bakıya güclü yağış yağır

Rəsmi

09 Dekabr 2019 04:54 1108


Dünən axşam saatlarından ölkə ərazisinə yağış yağmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, paytaxt Bakıda səhər saaatlarında yağış daha da intensivləşib. Hazırda bir sıra küçə və prospektlərdən sel suları axır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərdə intensiv yağış olacağı haqda proqqnoz vermişdi. Amma axşama doğru hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 8-10° isti olacaq. pizza sifarişi

Ölkənin bir sıra bölgələrində də analoji hava şəraiti müşahidə olunur.  

Yağışlı hava ilə əlaqədar olaraq Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.  Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!