Bakıya qar yağır – Seçki günü buz kimi hava...

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar yağır – Seçki günü buz kimi hava...

Rəsmi

09 Fevral 2020 04:22 1726


Bu gecədən başlayaraq ölkənin bir çox bölgələrinə, o cümlədən paytaxt Bakıya qar yağmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda Bakıda qar örtüyü olmasa da, yağıntı davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departameti bu gün Bakıda havanın yağıntılı olacağını, sulu qar və qar yağacağını proqnozlaşdırmışdı. Məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. pizza sifarişi

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Həçminin Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, qar yağacağı bildirilib. Qarın bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!