Bakıya yeni elektrobuslar gətirilib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Bakıya yeni elektrobuslar gətirilib - Rəsmi

Sosial

31 Mart 2026 14:13 375


Bu ilin yanvar ayında Çindən Azərbaycana 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bir avtobusun dəyəri təqribən 277 min manat təşkil edib. Pepperoni pizza

Ümumən bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.

Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!