Balaəli keçirdiyi qəzadan danışdı: “Maşın körpüdən aşdı”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Balaəli keçirdiyi qəzadan danışdı: “Maşın körpüdən aşdı” - Video

Şou

06 Noyabr 2023 15:22 1092


Meyxanaçı Balaəli Maştağalı keçirdiyi avtomobil qəzasından danışıb. 

Yenisabah.az xəbər verir ki, “Ay Zaur” proqramının qonağı olan söz ustadı Ağcabədidən gələndə qəza keçirdiyini açıqlayıb: 

“Mən toylara tez-tez dəvət alan adamam. Pul xərcləməyi sevirəm, bir günə 1000 manat qazanmışamsa, onun 500-ü evə gedib çatar ya çatmaz, amma mən ağlı başında adamam. Ağcabədidən gəlirdim, yatmışdım deyə qəza oldu. Həmin vaxt 2 gündür ki, yatmırdım, yuxusuz idim. Toya dəvət almışdıq, sonra verilişə çıxdım axşam isə yenə toyda idim. Ağcabədidən qayıdırdım. Zabrata çatanda gördüm məni yuxu tutur tez pəncərələri açdım ki, hava dəysin. Ordan da Maştağaya cəmi 6-7 dəqiqəlik yol idi, yuxu tutub, maşını körpüdən aşağı aşırmışam. Tez əlimi bədənimə vurdum ki, görüm ölmüşəm? Sonra gördüm sağam, telefonumu götürüb zəng etdim. Sonra həmin maşını satdım, yenisini aldım. Onu da kreditə götürmüşəm, indi kredit ödəyirəm”.  Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!