Balasanyanın qohumu da həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Balasanyanın qohumu da həbs edildi

Hadisə

15 İyul 2023 12:34 1125


Xəbər verdiyimiz kimi, bundan bir neçə gün öncə qondarma rejimin “təhlükəsizlik komitəsi”nin sabiq katibi Vitali Balasanyan Xankəndidə həbs edilib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Balasanyanın həbsindən sonra onun ailə üzvləri dindirilib, habelə qohumlarının evində axtarış həyata keçirilib.

Erməni nəşrinin Xankəndidəki mənbəsinin yazdığına görə, qondarma rejim “polis”i, həmçinin, onun əmisi oğlu Qarik Yuzbaşyanı da saxlayıb. Onun Balasanyanın şübhəli bilindiyi cinayət işi çərçivəsində həbs edildiyi bildirilib. Məlumata görə, Balasanyanın oğlu və qardaşı isə dindirildikdən sonra sərbəst buraxılıblar. pizza

Xatırladaq ki, V. Balasanyana qarşı açılan cinayət işinin əsasını 74 milyon dram kreditin onun tərəfindən məqsədsiz şəkildə istifadə edilməsi faktı təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!