Balıqçı gəmisi qəzaya uğradı

saytların hazırlanması

Evə çatdırılma

Balıqçı gəmisi qəzaya uğradı

Rəsmi

07 Dekabr 2019 20:54 1332


Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Rustavi2" teleşirkəti bildirib.

Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar: Toyuqlu pizza

"Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".

Məlumata əsasən, toqquşma nəticəsində gəmi batıb. Gəmidə səkkiz heyət üzvü olub. Onlar hamısı başqa bir balıqçı gəmisi tərəfindən xilas edilib. /trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!