“Balkondan zibil atanların valideynləri hara baxırdı?“ - Kamran Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Balkondan zibil atanların valideynləri hara baxırdı?“ - Kamran Əliyev

Sosial

09 İyun 2020 00:15 2154


“Balkondan zibil atanların əksəriyyəti cavan insanlar idi. Onların evlərində valideynləri yox idi? Valideyn görmürdü ki, bu zibili hara atır? Ən azından müdaxilə olunmalı idi ki, ayıbdır, polis işçisi bizi qoruyur”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində deyib:

“Polis işçisi icazəsiz bayıra çıxan adama irad bildirməyə bilməz. O şəxslər həm də evdə oturan insanların da haqqına girirlər. Onlar bu qaydalara əməl edib evdə otururlarsa, demək, sən də oturmalısan. Sənin bayıra çıxmağın evdə oturanın haqqının pozulmasıdır. Qanuna tabe olub evdə oturan şəxslərin sayı minlərlə, milyonlarladır. Daxili İşlər Nazirliyinin rəhbəri şəxsi heyət adından evdə oturub qanuna riayət edən hər kəsə təşəkkürünü bildirdi”.   /Qafqazinfo Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!