“Bank of Baku” mərhum qazinin anasını məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

“Bank of Baku” mərhum qazinin anasını məhkəməyə verdi

İqtisadiyyat

29 Avqust 2025 12:22 615


“Bank of Baku” iki il əvvəl dəm qazından boğularaq dünyasını dəyişən Vətən müharibəsi veteranı Səbuhi Məmmədovun kredit borcuna görə məhkəməyə müraciət edib. 

Yenisabah.az xəbər verir ki,  xəbər verir ki, bu barədə mərhum qazinin qohumları bildirib. 

Qeyd edilib ki, ailəsi onun vəfatından bir müddət sonra bankdan kredit götürdüyünü və təxminən, 1000-1200 manat borcu qaldığını öyrənib: Dominos pizza

“Üstündən 2 ilə yaxın vaxt keçib, Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən. Hətta bank əməkdaşı bir qədər də genələrək tövsiyə edib ki, “oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin”. Bir sözlə, indi iş məhkəmədədir”. 

Məlumata görə, işə sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Səbuhi Məmmədov dünyasını dəyişənə qədər “Report” İnformasiya Agentliyində montajçı vəzifəsində çalışıb. (İqtisadiyyat.az)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!