Bank yarıldı, 2500 nəfərə məxsus pul və qızıllar oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bank yarıldı, 2500 nəfərə məxsus pul və qızıllar oğurlandı

Hadisə

31 Dekabr 2025 21:00 729


Almaniyada bank filialında kütləvi oğurluq baş verib.

“Yeni Sabah” xəbər verir ki, Almaniyanın Gelsenkirxen şəhərində yerləşən “Sparkasse” bankının bir şöbəsi naməlum şəxslər tərəfindən qarət edilib. Cinayət nəticəsində təxminən 3 200 seyf sındırılıb.

Seyflərdə 2 500 nəfərə məxsus pul və qiymətli əşyaların saxlanıldığı bildirilir. pizza mizza

İlkin məlumatlara görə, bank müştərilərinə dəyən zərərin həcmi təxminən 30 milyon avro qiymətləndirilir.

İstintaq orqanlarının açıqlamasına əsasən, oğrular güclü qazma alətindən istifadə edərək seyflərin yerləşdiyi otağın divarında dəlik açıblar. Onlar bank binasına parkinq və bir neçə yardımçı otaqdan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!